27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib

27 sentyabr tarixində Sabunçu rayonu N.İsmayılov adına 80№-li məktəbdə Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himin səsləndikdən sonra vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
İlk sözü II-ci Vətən müharibəsi iştirakçısı baş leytenant 80 № li məktəbin hərbi rəhbəri Hüseyn Hacıyevə verildi.Hüseyn müəllim müqəddəs müharibədə qazandığınız böyük Qələbədən danışacaq.Baş Komandan İlham Əliyevin başçılığı altında Milli Ordumuzun göstərdiyi şücaəti bir daha yada saldı.
Daha sonra 80 №-li məktəbin tarix müəllimi Aytən Sərdarlı çıxış etdi. Aytən müəllim tarixi keçmişimizdən,əsrlər boyu xalqımızın məru qaldığı sınaqlardan danışdı.
Məktəbin dərs hissə müdiri, tarix müəllimi şagirdlərə şanlı tariximizi unutmamağı, düşmənlərimizi yaxşı tanımağı, Vətənin keşiyində ayıq-sayıq dayanmağı, Azərbaycanı sevməyi tövsiyə etdi.
Tədbirin bədii hissəsində məktəbin XI sinif şagirdi Mikayıl, X sinif şagirdi Rafael, IX sinif şagirdləri Elnurə və Yusif Xəlil Rza Ulutürk və şairin şəhid oğlu Təbrizin cənnətdəki görüşünə hərs olunmuş, VIII sinif şagirirdləri Lalə, Köşsər, Yusif, Xəyalə, Nərmin, Ramin "Ana və poçtalyon" şeiri əsasında hazırlanmış səhnəcikləri göstərmişlər. VIII sinif şagirdi Nübar, VI sinif şagirdləri Fatimə, Nərmin şəhidlərə həsr olunmuş şeirlər söyləmişlər.
Tədbir bütün iştirakçıların ifa etdiyi "Xudayar təsnifi" ilə başa çatmışdır.