Milli Musiqi Günü ilə bağlı maarifləndirici tədbir keçirilib
18 Sentyabr - Milli Musiqi Günü münasibəti ilə məktəbin 5b sinfində maarifləndirici tədbir keçirilib.
Tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanılıb. Daha sonra müsiqi müəllimi Aydan Cavadova Milli Musiqi Gününün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
5b sinif şagirdi Onur Əliyev Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında təqdimatla çıxış edib. Tədbirin davamında şagirdlərə Üzeyir Hacıbəyov haqqında sənədli film nümayiş etdirilib. Sənədli filmin nümayişindən sonra şagirdlər "Arşın mal alan", "O olmasın, bu olsun" bədii filmindən fraqmentlər izləyiblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünü zənginləşdirmək, onlara Azərbaycan musiqi və kino sənətinin daha yaxından tanıdılmasından ibarət olub.