80№-li məktəbdə "Bilik Günü" ilə bağlı rəsmi tədbir keçirilib

Nazim İsmayılov adına 80№-li məktəbdə 16 sentyabr 2024-cü il tarixində ilk dərs günü -"Bilik Günü" ilə bağlı rəsmi tədbir keçirilib.

Tədbirdə Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Mətanət Qafarova, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin direktoru Təranə Müzəffərova tədbir iştirakçılarını salamlayıb, "Bilik günü" münasibətilə təbriklərini çatdırıb. Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daima qəlblərdə yaşayacaq, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirib. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik şeirləri səslənib, onlar öz siniflərinə yola salınıb.

Bildirək ki, yeni tədris ilində ilk dərs Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunub. Bu mövzu şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdırmaq məqsədi daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi