Pedaqoji Şuranın iclasında yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr müzakirə olunub

13 sentyabr 2024-cü il tarixində məktəbdə Pedaqoji Şuranın iclası keçirilib.

İclası açıq elan edən direktor Təranə Müzəffərova məktəbin keçən tədris ilindəki uğurlarından danışaraq pedaqoji kollektivə yeni dərs ilində uğurlar arzulayıb.

Təlim-tərbiyə işləri üzrə müavinlər Reyhan Quliyeva, Minay Şükürova, Rza Eyvazlı cıxış ediblər. Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanan və məktəbə təyinat alan müəllimlər pedaqoji heyətə təqdim olunub, onlara peşə fəaliyyətində uğurlar arzulanıb.

Daha sonra iclas iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış edilib. İclasın gündəliyində duran vacib məsələlər müzakirə edilib. Məktəbin keçən ilki nəticələri, ali məktəblərə qəbul, yeni dərs ilində hədəflərimiz, sinifdə qalanların təsdiqi, yay tapşırıqları verilmiş şagirdlərin sinifdən-sinfə keçirilməsi və ya sinifdə qalmasının təsdiqi, sinfin növbətçiliyinin, zəng cədvəlinin təsdiqi, dərs cədvəlinin, sinif rəhbərlərinin və dərs cədvəlinin təsdiqi, şagird davranış qaydaları, korrupsiya hallarının aradan qaldırılması, təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin təkmilləşdirilməsi sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr,digər cari məsələlər müzakirə olunub.

İclasda iştirak edən təşkilatçı-müavin Məlahət Məhərrəmova, təsərrüfat işləri üzrə direktor müavini Həsən Əliyev, məktəb psixoloqu Amənə Məmmədovanın çıxışları dinlənilib.

Sonda iclas iştirakçılarını maraqdıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi