Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) birgə təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
N.İsmayılov adına 80 nömrəli tam orta məktəb final mərhələnin qalibi olub.Eyni zamanda finalçılar Qaragözov Cavidan,Mustafayev Mikayıl,Əliyeva Fatimə diplom və medalla mükafatlandırılıb.Qaragözov Cavidan Final mərhələnin fizika fənni üzrə fərdi nominasiyada 1-ci yeri tutub. Şagirdlərimizi və bu işdə əməyi olan müəllimlərimizi təbrik edirik.