Şagirdlərimiz "Qanun" nəşriyyatının qonağı oldu.
"Qanun" nəşriyyatının qonağı olan N. İsmayılov adına 80 nömrəli tam orta məktəbin şagirdləri haqqında Şahbaz Xuduoğlu belə qeyd etmişdir: "Nəşriyyatın işi ilə tanış olmaq üçün 80 saylı məktəbin şagirdləri qonağımız oldular. Doğrusu, bizə çox məktəblər gəlir amma belə aktiv komanda görməmişdim.
Kitab necə ərsəyə gəlir, A-dan Z- yə hər şeyi izah etdim.
İnanıram ki, bu tanışlıq onların həyatında unudulmaz iz qoyacaq."