'Fövqəladə hallarda davranış qaydaları'

N.İsmayılov adına 80 nömrəli məktəbin 3ç sinifində 22.05.2024-cü il tarixində açıq havada sinif rəhbəri Heydərova İradə müəllim Həyat bilgisi dərsində 'Fövqəladə hallarda davranış qaydaları' adlı dərs keçdi.Məqsəd uşaqlara fövqəladə hallarda hansı vəziyyətlərdə çıxış yolunu tapmaq,hansı hallarda necə davranmaq,ətrafdakılara necə yanaşmaq,fövqəladə hal baş verərkən hansı vasitələrdən necə istifadə etmək qaydalarını başa salmaqdan ibarət idi..Şagirdlər əllərindəki şəkillər əsasında izahatlar verdilər.
Dərsdə iştirak edən məktəbin hərbi müəllimi Hacıyev Hüseyn də öz əlavələrini uşaqlara bildirdi.