28 May Müstəqillik Gününə həsr olunmuş dərs keçirildi.

23.05.2024 tarixində Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin informatika müəllimi H.Lamiə müəllimə 6ç sinfindəki dərsi 28 May Müstəqillik Gününə həsr etmişdir.Əvvəlcə müəllimə mövzu üzrə məlumat verdi.Belə ki,

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti-müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.Bu Respublika Azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Daha sonra şagirdlər fərdi olaraq araşdırmalar edib bu barədə təqdimatda qeyd etdilər.Sonda təqdimatların nümayişi olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi