"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda keçirilən dərsin təqdimatı

"İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda

keçirilən dərsin təqdimatı

15.05.2024-cü il 6c sinifində təqdimat dərs keçirilmişdir. Təqdimat dərs Qarabağ

ərazisində törədilən ekoloji terror haqqındadır. Dərsdə ayrı-ayrı qrupların

təqdimatları nümayiş olunmuşdur. Şagirdlər Qarabağın flora və faunası haqqında

geniş məlumatlar toplamışdılar. Şagirdlər Ağdam, Füzuli, Xocavənd, Şuşa kimi

rayonların flora, fauna və ekoloji problemləri haqqında məlumat verdilər. Ən çox

qrupların hazırladıqları şəkilli təqdimatları diqqəti cəlb etdi. Şagirdlərdən Leyla,

Xədicəxanım, Nihad, Kamal, Nərmin, Nuranə, Damla və başqa şagirdlərin

təqdimatları maraqlı idi. Şagirdlər Qarabağın füsunkar təbiəti haqqında daha

geniş məlumatlar nümayiş etdilər. Təqdimat dərs biologiya müəllimi Zülfiyə

Mehdiyeva tərəfindən təşkil olunmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi