"Heydər Əliyev və Azərbaycan ədəbiyyat" mövzusunda dəyirmi masa təşkil edildi.
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı
08.05.2024-cü il tarixində azərbaycan dili və ədəbiyyatı müəllimi R.Abbasovanın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyat" mövzusunda dəyirmi masa təşkil edildi. Tədbirdə iştirak edən 5 və 6cı sinif şagirdləri Heydər Əliyevin bədii irsimizə, yazışı və şairlərimizə göstərdiyi qayğı və diqqətdən bəhs edən təqdimatlarla çıxış etdilər. Müzakirə zamanı qədim türk eposu "Kİtabi Dədə Qorqud" un 1300 illiyinin keçirilməsinin nə qədər böyük ədəbi hadisə olduğu qeyd edildi.
Tədbir iştirakçıları həmçinin Ulu Öndərin böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Naxçıvana gətirilməsini əks etdirən videoçarxa tamaşa etdilər.
Dəyirmi masada iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimləri İ.Axundova və E.Əliyeva müzakirəyə qoşularaq Heydər Əliyevin Azərbaycan ədəbiyyatına olan böyük maraq və məhəbbətindən danışaraq hələ sovet rejimi dövründə Ulu Öndərin şuşada Molla Pənah Vaqifin heykəlinin açılışında iştirakının nə qədər mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.