7 may tarixində N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 3"b" sinifi Sinif rəhbəri Rzayeva Esmiranın rəhbərliyi altında 07 may 2024-cü il tarixində Ümumillli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən " adlı tədbirini böyük müvəffəqiyyətlə keçirdi.
Tədbir himn sədaları altında başlandı, şəhidlərimizin ruhu yad edildi.
H.Əliyevin keçdiyi həyat yolu, təcrübəli dövlət başçısı kimi fəaliyyəti, bənzərsiz ömür yolu haqqında şagirdllər çıxış etdilər.Ona həsr olunmuş şeirləri ifadəli söylədilər.
"Sən elə bir zirvəsən"adlı mahnı şagirdlər tərəfindən ifa edildi.
"Küçələrə su səpmişəm " mahnısı ulu öndərin zümzüməsi ilə musiqi sədaları altında göy, qırmızı, yaşıl rəngli milli paltarlarda bayrağımızın rənglərini tərənnüm edən rənglərlə qızlar gözəl rəqs elementləri ilə rəqs etdilər.
Cənab prezidentimiz İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi haqqında çıxışı videoçarx vasitəsilə nümayış etdirildi.
Bundan sonra "Əziz şuşa , sən azadsan "adlı şeir səsləndirildi. Sonra isə "Ulu öndərin bizə miras qoyduğu doğma vətənimizin çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik" deyərək:
"Biz Heydər babanın nəvələriyik" adlı mahnını şagirdlər xorla səsləndirdilər.