Memarlıq üzrə elmlər doktoru Professor Elçin Əliyev məktəbimizin qonağı oldu.
02.05.2024 -cü il tarixində məktəbimizin qonağı dəyərli ziyalı memarlıq üzrə elmlər doktoru ,Azərbaycan Dizaynerlər İttifaqının , Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü,Respublikaçı Alternativ Partiyasının Mədəniyyət Komitəsinin sədri,Professor Elçin Əliyev oldu.Abşeron memarlıq məktəbi,Abşeron yarımadasında yerləşən tarixi memarlıq abidələrimiz,onların dünəni ,bu günü və sabahı tarixi abidələrimizi bizmi məhv edirik ,yoxsa zaman,abidələrin qorunması,bərpasında Qərb ölkələrinin təcrübəsi nədən ibarətdir mövzusunda geniş müzakirə apardıq.Şagirdlərimiz bir-birindən maraqlı ideyalar və təkliflər irəli sürdülər.