Məktəb psixoloqları tərəfindən fərdi görüşlər təşkil edilir.
Bakı şəhəri Sabunçu rayonu N.İsmayılov adına 80 №li tam orta məktəb
Ümumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunverciliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.Bu məqsədlə N.İsmayılov adına 80 №li tam orta məktəbdə şagirdlərlərlə mütəmadi olaraq məktəb psixoloqları İlhamə Quliyeva,Amanə Məmmədova tərəfindən fərdi görüşlər təşkil edilir.
Zəif oxuyan, özünəqapanan, aqressiv və risk qruplarına daxil olma ehtimalı olan şagirdlərlərlə fərdi görüşlərin təşkili şagirdlərin psixoloji sağlamlığını, özünə inam hissini gücləndirməkdə və öyrənmə prosesində müvəffəqiyyətini artırmağa kömək edir.