“Oxu Günü-10” sərgi-festivalı keçirildi.

Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Mədəniyyət Nazirliyi, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında “Oxu Günü-10” sərgi-festivalı keçirilir. 27 aprel tarixində baş tutan sərgi-festivalda məktəbin tarix müəllimi Sərdarlı Aytən 6b sinif şagirdlərinin iştirakı təmin olunmuşdur. Sərgi şagirdlərimiz üçün çox maraqlı və yaddaqalan olmuşdur. Layihənin keçirilməsində məqsəd ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi