"Füzuli rindü şeydadır" adlı tədbir keçirilmişdir.

26.04.2024-cü il tarixində Sabunçu rayonu N.İsmayılov adına 80 saylı tam orta məktəbdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq "Füzuli rindü şeydadır" adlı tədbir keçirilmişdir.
Tədbirdə qonaq qismində ADU-nun dosenti filologiya elmləri üzrə fəlsəfə doktoru Aytən Hacıyeva iştirak etmişdir.
İlk olaraq məktəbin tarix müəllimi Aytən Sərdarlı çıxış edərək Füzulinin həyatı və yaradıcıllığı haqqında danışmışdır. Sonra isə məktəbimizin şagirdləri böyük şairin qəzəllərindən nümunələr söyləmiş, "Leyli və Məcnun" poemasından səhnəcik nümayiş etdirmişlər.
Aytən Hacıyeva Füzulinin son dərəcə zəngin bədii irsindən söz açaraq şagirdləri ölməz şairimizin həyat və yaradıcıllığı ilə bağlı faktlarla tanış etdi. Aytən Hacıyeva tədbir işçilərinin nəzərinə çatdırdı ki, Füzuli irsi nəhayətsiz bir ümmanddır, onun haqqında güllərlə danışmaqla ancaq bu ümmanın bir damlası ilə tanış olmaq olar. Tədbirin sonunda məktəbin direktoru Təranə xanım Müzəffərova Füzulu irsinin ölməzliyini bir daha qeyd etdi, gələn qonağa, şagirdlərə, bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi