Şagirdlər "Ah, bu uzun sevda yolu” adlı iki hissəli tale dramına tamaşa etdilər.

21.04.2024-cü il tarixində məktəbin 8a sinif şagirdləri , Sinifdənxaric və Məktəbdənkənar İşlər üzrə Təşkilatçı Məlahət Məhərrəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Hüseynova və bir qrup valideyn Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan "Ah, bu uzun sevda yolu” adlı iki hissəli tale dramına tamaşa etdilər. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətovdur .
Mədəniyyət Nazirliyi və Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təşkil edilən tamaşada Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edilib. Şairin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinə olması vurğulanıb. Tamaşa şagirdlərdə dərin təəssürat oyatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi