“Sağlam həyat tərzi və davranış risk amilləri, sağlam qidalanma nədir?” adlı maarifləndiricitədbir həyata keçirildi.

19 aprel 2024-cü il tarixində 80 nömrəli tam orta məktəbdə məktəbin tibb bacısı Məlahət Əbdürrəhmanova tərəfindən “Sağlam həyat tərzi və davranış risk amilləri, sağlam qidalanma nədir?” adlı maarifləndirici tədbir həyata keçirilib.
Tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri zərərli vərdişlərdən və onların qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklərdən, ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzi ilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirməkdən ibarətdir.
Bildirilib ki, sağlamlığın əsas şərtləri idmanla məşğul olmaq, düzgün qidalanmaq, gigiyena qaydalarına riayət etməkdir. Sağlamlığın əsas şərtlərindən biri olan idman insanları həm formada saxlayır, həm də bədəndə olan bəzi artıq piy piqmentlərini əridir. Həmçinin qeyd edilib ki, düzgün yuxu rejimi qurmaq və gigiyenik qaydalarına əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək sağlamlığın prinsiplərindəndir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi