" İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar " mövzusunda maarifləndirici tədbir keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 2020- ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020- 2024- cü illər üçün Milli Fəaliyyət Planı " na əsasən, " İnsan alveri, onun mahiyyəti və törətdiyi fəsadlar " mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə " İnsan alveri nədir? , " Onun qurbanı kimlər olur? ",
" Özümüzü bu təhlükədən necə qorumalı? " suallarına açıqlıq gətirilib.
Tədbirdə maarifləndirici videoçarxlar nümayiş olunub və şagirdlərin mövzu ətrafında müzakirəsi ilə başa çatıb.