Şəhid İsrayıl Cəfərzadənin valideynləri məktəbimizin qonağı oldu.

80 nömrəli məktəbin şagirdi olmuş Şəhid İsrayıl Namiq oğlu Cəfərzadənin atası və anası Kəmalə xanım məktəbimizin qonağı oldu.Atası şəhidin döyüş yolu haqqında danışdı.Şəhidimizə həsr olunmuş kitabları hədiyyə olaraq tədbir iştirakçılarına təqdim etdi.

Qeyd edək ki, İsrayıl Namiq oğlu Cəfərzadə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş,17 oktyabr tarixində Suqovuşan istiqamətindəki yüksəkliklər uğrunda gedən doyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.Ölümündən sonra şəhidimizə "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalı, "Rəşadət" ordeni ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi