AUİB rəhbəri Kəmalə Ağazadə və komandası qonağımız oldu.

80 nömrəli məktəbdə bayram hər zaman gözəl keçir amma bugünkü bayram içimizə, qəlbimizə, ruhumuza başqa cürə yansıdı, bu bayram bizim üçün sevginin, mərhəmətin, birliyin, vətənpərvərliyin, insanlığın ən gözəl nümunəsi oldu. Bu gün bayramımıza dəyər qatan Şəhid Anamıza, Qazimizə və  Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı reinteqrasiya Mərkəzi evinin böyükürəkli rəhbəri Kəmalə Ağazadəyə dərin minnətdarlığımızı bildiririk.
Sevmək, əylənmək, bayram qeyd etmək bu qədər gözəl olmamışdı. Kəmalə xanımın içindəki o böyük sevgi, mərhəmət, insanlıq, uşaqlıq hissi bütün zala yansıdı. Onun balalarının üzündəki o xoşbəxtlik, gözündəki sevinc inanın ki bəlkə atalı-analı, ailəsi olan bir çox uşaqda yoxdu. Balaca ürəyinə necə böyük sevgi sığışdıra bilib. Ona “ana” deyə səslənişlərini bir eşidərdiz……İnsanlığa ən gözəl nümunədi.
Hər üç qonağımız bizim qürurumuzdu, fəxrimizdi. Azərbaycanı Vətən edən belə dəyərli insanlardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi