Uşaqlar arasında ən çox rast gəlinən bullinq psixoloji Bullinqdir.

UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bildiyimiz kimi, bullinq daha çox özünü yeniyetməlik dönəmində göstərə bilər. Bu yeniyetmə yaş dövrünün , ona verdiyi bir sıra psixoloji narahatlıqlardan irəli gələ bilər. Düzgün olunmayan tərbiyənin uşaqlara verdiyi psixoloji narahatlıqlar , davranış pozuntusu, çətin tərbiyə olunan uşaqlar, eyni zamanda, boşanmış ailələrin uşaqları, ailə nəzarətindən kənarda qalan uşaqlar, özünü təsdiq etməyən yeniyetmələr bullinq yaranmasına səbəb olur. Bullinq - uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bütün uşaqlar tez və ya gec bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi. Bütün bu hallar uşağın şəxsiyyətinə dağıdıcı təsir edir. Daha aydın desək, güclülərin özündən zəifləri sıxışdırması, aqressiv davranışlar və hərəkətləri ilə müşahidə olunur. Bu aqressiv davranışlara son illərdə məktəblərdə tez-tez rast gəlinir. Məktəblilər arasında yayılan bullinq növləri çoxdur.

Uşaqlar arasında ən çox rast gəlinən bullinq psixoloji Bullinqdir.

Psixoloji bullinq uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Buna görə də maariflənməyə, tərbiyəyə və düzgün yanaşmaya ehtiyac var. Uşaqlarımızı qınamaq əvəzinə onlara qucaq açmalıyıq. Evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqlarla məşğul olmalıdır.

Bu məqsədlə 7-ci sinif şagirdləri ilə bu mövzuda maarifləndirici söhbətlər aparıldı, onlara lazımi tövsiyyələr verildi və mövzuyla əlaqədar təqdimatlar nümayiş etdirildi.

✅özündən zəifi incitməyin güc olmadığını, əksinə bunun bir zəiflik nümunəsi olduğunu bildirməli

✅özü kimi olmayanları da sevməyi və hörmət etməyi öyrətməli

✅uşağın dalaşqanlığı ilə fəxr etməməli, aqressiv davranışlarını dəstəkləməkdən əl çəkməli

başqalarını güldürmək üçün kimisə alçaltmağın yolverilməz olduğunu aşılamalı.

Psixoloq İlhamə Quliyeva ‎

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi