"İdman həftəsi" layihəsi çərçivəsində psixoloji və fizioloji təsirlər

 

Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır.Buna müvafiq, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 1- 7 mart 2024-cü il tarixində ümumtəhsil müəssisələrində idman həftəsi keçirilir. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, müsabiqələr, yarışlar, görüşlər, mükafatlandırma və digər tədbirlərin təşkili nəzərdə tutulur. "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq martın 1 -də məktəbin fiziki tərbiyə müəllimi Səfərov Kənan 8a" sinfində şagirdlərə idmanın faydası , psixoloji və fizioloji təsirləri haqqında məlumat verdilər. İdmanın şagirdlərə təsiri , nailiyyət hissinin artması, motivasiyanın artması, akademik uğurlara müsbət təsiri barədə, immun sisteminin möhkəmləndirilməsi, dostluq qurma bacarığı, öz güvənin artması, özünə qapanan uşaqların rahat dostluqqurma bacarığının formalaşması barədə maarifləndirici söhbətlər aparıldı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi