Metodbirləşmə sədrləri ilə birgə məktəb rəhbərliyi görüş təşkil etmişdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə 27.02.2024-cü il tarixində metodbirləşmə sədrləri ilə birgə məktəb rəhbərliyi görüş təşkil etmişdir. Həmin görüşdə metodbirləşmə rəhbərləri 16.02.2024-cü il tarixində BŞTİ-nin rəhbərliyinin 20 nömrəli tam orta məktəbdə keçirdiyi maarifləndirici və dəstək xarakterli görüşdə sertifikatlaşdırma ilə bağlı səslənən fikir və tövsiyələri ilə məktəbimizdə də sertifikasiyada iştirak edəcək Riyaziyyat, İngilis dili və Rus dili müəllimləri ilə bölüşdülər.
Sertifikasiya ilə bağlı müəllimlərimizin hazırlıq vəziyyəti müzakirə olundu və onları maraqlandıran suallar cavablandırıldı. Həmçinin Sertifikatlaşdırma prosesi ilə əlaqədar müvafiq məlumatlar onlarla paylaşıldı. Rəhbərlik qarşıdakı sertifikatlaşdırmada müəllimlərə uğurlar arzu edib və yüksək nailiyyətlər əldə edəcəklərinə böyük ümid bəslədiyini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi