“Uğura gedən addımlar”

21 fevral 2023-cü il tarixində Sabunçu rayonu Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” layihəsi çərçivəsində şagirdlərin peşə seçiminə dəstək olmaq, uğurlu gələcəyin sirlərini bölüşmək, gedən yolları araşdırmaq və təhlil etmək, onlara düzgün istiqamət vermək məqsədilə “Uğura gedən addımlar” adlı öz peşəsində uğur qazanmış məktəbimizin məzunları olan Günel İlqar və Nurlan Cəbrayılzadənin təlimini təşkil etdik. Təlim interaktiv şəkildə keçirildi. Məzunlar öz uğurlarına gedən yolda hədəflərindən, məqsədlərindən, arzularından və nailiyyətlərindən danışdılar. Eyni zamanda şagird və müəllimlərinin suallarını cavabladılar.
Məktəbimizin məzunları Bakı Dövlət Universitetinin əməkdaşı, Jurnalistika fakültəsinin ll kurs tələbəsi, Uşaq Səfirlər Məclisinin kordinatoru, Azərbaycan Uşaqlarının İnkişaf Platforması İB-nın İcraçı direktoru Nurlan Cəbrayılzadənin və Azərbaycan Dillər Universitetinin müəllimi, Bakı Dövlət Universitetinin doktorantı, Peşəkar jurnalist Günel İlqar öz əldə etdikləri uğurları ilə şagirdlərimiz üçün böyük stimul oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi