“ Bakı məktəblilərinin I MUN konfransı ” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ Bakı məktəblilərinin I MUN konfransı ” layihəsi çərçivəsində konfransın 3-cü günü və bağlanış mərasimi baş tutub.

Keçirilən konfransın 3-cü günündə növbəti 2 sessiya keçirilib və təsdiqlənmiş təkliflər əsasında qətnamə qəbul edilmişdir.
Bağlanış mərasimi şagirdlərin təltif edilməsi ilə yekunlaşıb. Layihədə iştirak edən 80 nömrəli məktəbin müəllimi C.Rübabə müəllim və şagirdləri diplomlarla təltif olundular.

Qeyd edək ki, layihənin məqsədi Bakı məktəbliləri arasında I MUN konfransı təşkil etməklə onların tədqiqat, yazı, müzakirə, ictimai çıxış və fikirlərini ifadə etmək kimi mühüm akademik bacarıqlarının inkişaf etməsi üçün imkan yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi