“ Bakı məktəblilərinin I MUN konfransı ” layihəsinin 1-ci konfrans mərasimi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ Bakı məktəblilərinin I MUN konfransı ” layihəsinin 1-ci konfrans mərasimi keçirilib.
Konfrans 150 nəfər şagirdin iştiraki ilə Azərbaycan dilində aparılıb.80 nömrəli məktəbin şagirdləri  Cəfərova Rübabə müəllimin rəhbərliyi ilə konfransda iştirak etmişlər.
Konfrans 3 gün davam edəcək və sonda konfransın formatına uyğun olaraq yekun qətnamə hazırlanacaqdır.
Qeyd edək ki, layihənin məqsədi Bakı məktəbliləri arasında I MUN konfransı təşkil etməklə onların tədqiqat, yazı, müzakirə, ictimai çıxış və fikirlərini ifadə etmək kimi mühüm akademik bacarıqlarının inkişaf etməsi üçün imkan yaratmaqdır.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi