“ Erkən nigaha yox deyək!”

28 noyabr 2023- cü il tarixində Nazim İsmayıllov adına 80 nömrəli tam orta məktəbin psixoloqları İlhamə Quliyeva, Amənə Məmmədova, biologiya müəllimi Sevinc Dadaşovanın iştirakı ilə IX-XI sinif şagirdlərinə “ Erkən nigaha yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə psixoloq İlhamə Quliyeva çıxış edərək bildirdi ki, “erkən nigah” dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir, gələcək nəsillərin sağlamlığı üçün risklər yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdi. Mövzu ilə əlaqədar videoçarx nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi