SAĞLAM QİDALANMA SAĞLAM GƏLƏCƏYİN TƏMİNATIDIR


28.11.2023-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq” Reproduktiv sağlamlıq “mövzusunda tədbirlər keçirilildi. Bu məqsədlə məktəbin biologiya müəllimi Zülfiyyə Mehtiyeva, idman müəllimi Dadaşlı Cabirin təşkilatçılığı ilə “Sağlam qidalanma sağlam gələcəyin təminatıdır” adlı maarifləndiriçi tədbir keçirildi. Sağlam qidalanma hər kəsi maraqlandıran məsələdir. Şagirdlərin qidalanmasına ailədə valideynlər birbaşa nəzarət etsə də, məktəbdə bu nəzarəti edə bilmirlər. Buna görə də, necə edək ki, sağlam qidalanaq, hansı qidaları qəbul edək, qida rasionumuzda üstünlük təşkil edən qidalar hansılardır və s sualları cavablandırmaq üçün sualları 6a 6ç sinif şagirdlərinə yönəltdik və araşdırmağı tapşırdıq . Şagirdlərin apardıqları araşdırmanın təqdimatında düzgün qidalanma, qidalanmanın 10 qızıl qaydası, gündəlik qida rasionu, qida rasionunda meyvə - tərəvəzlərin üstünlüyü, vaxtlı - vaxtında qidalanma və s. məsələlər öz əksini tapmışdı. Şagirdlər gətirdikləri ərzaq məhsullarında rast gəlinən vitaminlər haqqında da məlumat verdilər. Vitaminlərin gündəlik həyatımızda qəbul etdiyimiz qidaların tərkibində rolu əvəzedilməzdir. Son olaraq qeyd edildi ki "Sağlam qidalanma sağlam gələcəyin təməlidir!".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi