Narkotik vasitələr , psixotrop maddələr haqqında marifləndirici tədbir keçirildi

 
Hər il məktəbin fəaliyyət planında məktəbdənkənar və sinifdənxaric fəaliyyətlərin yerləşdirilməsi zamanı yetkinlik yaşına çatmayanların tərbiyəsinə düzgün istiqamət vermək onların zərərli vərdişlərdən qorunmasını təmin etmək məqsədi ilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Fəaliyyət planının uyğun olaraq məktəbin təşkilatçısı Məhərrəmova Məlahət ,psixoloqu Quliyeva İlhamə,Məmmədova Aminə və kiçik akademiyanın üzvləri ilə birlikdə maarifləndirici tədbir təşkil olundu.
Tədbirdə bildirildi ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Qeyd olundu ki , bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkomaniya probleminə qarşı mübarizə tədbirlərinin görülməsi vacibdir və problemə münasibətdə yeni mərhələ başlamışdır. Narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulmuşdur.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırıldı, narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi