“7-dən17-yə vətənpərvər!” layihəsi

ŞAGİRDLƏRİMİZ HƏRBİ QƏNİMƏTLƏR PARKINDA OLDULAR.
“7-dən17-yə vətənpərvər!” layihəsi çərçivəsində məktəb-liseyin 9B-8C-7C sinif şagirdləri,sinif rəhbərləri ,hərbi müəllimi və sinifdənxaric məktəbdənkənar tərbiyə işlər üzrə təşkilatçı Hərbi Qənimətlər Parkında ekskursiyada oldular. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi qənimətlər parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı tarixi heç vaxt unutmasın. Ekskursiya zamanı hərbi müəllimi Hacıyev Hüseyn şagirdlərlə öz təəssüratlarını bölüşərək hərbi tariximiz, ölümsüzlük qazanan qəhrəmanlarımız haqqında geniş məlumat verdi. Qalib ölkənin şagirdləri igid oğullarımızın ələ keçirdikləri qənimətlərə sevinc və qürur hiss ilə baxdılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan!
Yaşasın Şanlı Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi