"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"in tətbiqi çərçivəsində Sabunçu rayonu 80 N-li tam orta məktəbin psixoloqu İlhamə Quliyeva məktəbin IX sinif şagirdləri ilə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda məşğələ keçirdi.
Müzakirələr, "Kor və bələdçisi" rollu oyunu, cütlərlə iş fəaliyyəti ilə başlayan, qız və oğlan şagirdlərlə ayrılıqda keçirilən bu ilk məşğələdə də şagirdlərimiz çox böyük həvəslə iştirak etdilər. Onlar etibarlı informasiya mənbəyi anlayışını izah etdilər və reproduktiv sağlamlıq məsələlərində onları maraqlandıran suallara cavab tapmaq üçün öz informasiya mənbələrinin reytinq cədvəlini qurdular və öz arqumentlərini söylədilər. Məşgələnin sonunda şagirdlərdən alınmış əks-əlaqələrin qeydləri aparıldı.