"Mən və mənim əhatəm"

"Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"in tətbiqi çərçivəsində Sabunçu rayonu 80 N-li tam orta məktəbin psixoloqu İlhamə Quliyeva məktəbin VIII sinif şagirdləri ilə "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirdi.
"Mən kiməm?" fəaliyyəti ilə başlayan, qız və oğlan şagirdlərlə ayrılıqda keçirilən bu ilk məşğələdə şagirdlərimiz çox böyük həvəslə iştirak etdilər. Onlar "Yeniyetmə və dostluq" adlı mətni dinlədilər, həmin mətnin müzakirəsində fəal iştirak edərək dostluğun onlar üçün əhəmiyyəti barədə öz fikirlərini söylədilər. Daha sonra şagirdlərdən alınmış əks-əlaqələrin qeydləri aparıldı. ‎
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi