“ Ekologiya və İqtisadiyyat “

2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “ Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirir. Bu istiqamətdə əsas 9 hədəfdən biri də “ Ekologiya və sağlamlıq “dır. Bu hədəf altında müxtəlif ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. “ 2016-2017-ci tədris ilinin yanvar ayından etibarən başlanılması planlaşdırılan “ Ekoloji aylıqlar “ bunlardan biridir. 2017-ci ilin yanvar ayından etibarən məktəbimizdə “ Ekologiya və İqtisadiyyat “ aylığına start verilib.26 yanvar 2017-ci il tarixində məktəbimizdə “ Ekologiya və iqtisadiyyat “ mövzusu ətrafında “ Dəyirmi masa “ keçirilmişdir. “ Dəyirmi masa”nı IX sinif şagirdlərindən Əliyeva Zülfiyyə ( tədbirin aparıcısı ), Novruzova Aytən, İbrahimova Aysel, Ağalarova Səltənət, İbrahimova Məlahət, Butayeva Çinarə etmişlər. VII sinif şagirdlərindən Abbasova Səməngül, Allahverdiyeva Tahirə, Namazlı Ayxan, Şərifzadə Soltan, Kələntərli Aylan, Abdurahmanov Hikmət, X sinif şagirdlərindən Osmanova Nigar, Orucov Qismət, XI sinif şagirdlərindən Babayeva Aynurə, Mahmudova Sara mövzu ətrafında maraqlı fikirlər söyləmiş, qlobal ekoloji problemlər, bu problemləri yaranmasına səbəb olan amillər, ətraf mühitin təmizlənməsi, qorunması ilə bağlı müxtəlif mülahizələr irəli sürmüşlər. Sənayenin, iqtisadiyyatın inkişafı ilə bağlı ekoloji problemlərin daha da ciddiləşməsindən danışmış, bu problemlərin aradan qaldırılması üçün Yer kürəsinin ən kiçik sakinlərindən tutmuş alimlərədək səmərəli yolların axtarılmasının zəruri olduğunu söyləmişlər. “ Dəyirmi masa”da məktəbimizin direktoru Əlislam Abasquliyev, direktor müavini Məhərrəmova Məlahət, tarix müəllimlərindən Şahverdiyeva Leyla, Nurəliyev Arif, coğrafiya müəllimi Qəhrəmanova Aynur, Azərbaycan dili müəllimi Abbasova Rasimə iştirak etmiş, mövzu ətrafında öz fikirlərini söyləyərək, şagirdlərin belə aktual problemlərə ciddi münasibətlərini yüksək qiymətləndirmişlər.