Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq və mədəni irsinin təbliği məqsədilə ekskursiyalar təşkil olunur. Tədbirlər planına uyğun olaraq təşkilatçı Məlahət Məhərrəmova,valideynlər və şagirdlərin iştirakı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil edib.