Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilib

5 Oktyabr 2023-cü il tarixində Bakıxanov qəsəbəsi 80 saylı tam orta məktəbdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilib. Görüşü məktəbin tarix müəlliməsi Aytən Sərdarlı aparıb. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra aparıcı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında çıxış edib. Daha sonra çıxışı edən məktəbin direktoru Təranə Müzəffərova xalq şairi ilə görüşün məktəb kollektivi üçün böyük bayram olduğunu bildirib. T.Müzəffərova Sabir Rüstəmxanlının həm şair, həm də ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın tarixində müstəsna yer tutduğunu və onunla canlı ünsiyyətin şagirdlər üçün böyük önəm kəsb etdiyini deyib. Məktəbin ədəbiyyat müəllimi Rasimə Abbasova da çıxışında S.Rüstəmxanlının bütün Türk Dünyasın milli ruh şairi olduğunu qeyd edib. Daha sonra Sabir Rüstəmxanlının həyat və mübarizəsini əks etdirən videoçarx nümayiş olunub, şagirdlər Xalq şairinin şeirlərini səsləndirib. Sabir Rüstəmxanlı məktəb kollektivi qarşısında geniş çıxış edib. O çıxışında Azərbaycanın istiqlal yolu haqda danışaraq hər zaman bu günkü qələbə günlərinə inamdan bəhs edib: “Ən ağır anlarda belə mən bu millətin gücünə, ruhuna inanmışam və inanmışam ki, bir gün dünya mütləq Türkün gücünü görəcək. Biz Şuşaya, Xankəndinə getdiyimiz kimi bir gün, Göyçəyə, Zəngəzura, Təbrizə də gedəcəyik. Sizlərin də bu inama sahib olmanızı və bu inamın gerçəkləşməsi üçün dünyanın elm yarışında öndə olmanızı istəyirəm”. Sonda xalq şairi tədbir iştirakçılarının suallarını cavablandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi