5D sinif şagirdləri Şəhidlər Xiyabanını ziyarət etdilər

Azərbaycan Respublikası Təhsil nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə tədbirlər planına uyğun 27.09.2023-cü il tarixində 5D sinifinin sinif rəhbəri Nurlana Kərimovanın rəhbərliyi ilə sinif şagirdləri Bakıxanov qəsəbəsində şəhidlər xiyabanını ziyarət etmiş, orada şəhid anaları ilə görüşüb onlara baş sağlığı vermişdirlər. Şəhid analarına şagirdlər şeir parçalarını söyləmişdirlər .