VIII sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etdilər.

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "27 sentyabr Anım Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq "27 sentyabr Anım Günü" ilə əlaqədar məktəbin VIII sinif şagirdləri rayon ərazisində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.