"Zəfərə gedən yol" adlı tədbir keçirildi

Azərbaycan Respublikası Təhsil nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə 26. 09. 2023-cü il tarixində ibtidai sinif şagirdlərinin iştirakı ilə "Zəfərə gedən yol" adlı tədbir keçirildi. Şagirdlər şeirlər söylədilər, Vətən müharibəsi haqqında məlumat verdilər, Şəhidləri andılar.