2"e" sinif şagirdləri II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər

Azərbaycan Respublikası Təhsil nazirinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F-191 nömrəli əmri ilə 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə 26.09.2023 –cü tarixində 2"e" sinif şagirdləri sinif rəhbəri Ələkbərova Rövşanə müəllimin təşkilatçılığı ilə " Şəhidlərimizi tanıyaq " şüarı altında aksiyaya qoşularaq II Fəxri Xiyabanda II Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər. 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən Şəhid Baş Leytenant İbrahimli Adil Asim oğlu, Şəhid Tanrıverdiyev Nicat Şöhrət oğlu, Şəhid Süleymanov Kənan Sadıx oğlunun anaları ilə görüşdülər və onlarla xatirə rəsmi çəkdirdilər. Daha sonra 2"e" sinfinin şagirdləri sinif rəhbəri Ələkbərova Rövşanə müəllimin təşkilatçılığı ilə Qənimətlər Parkına gəzinti təşkil etdilər.İgid oğullarımızın, cəsur, qorxmaz əsgərlərimizin II Qarabağ Müharibəsi zamanı əldə etdikləri qənimətlərlə tanış oldular. Həmçinin Xankəndinin geri qaytarılması zamanı düşməndən qənimət götürülən tankla şəkil çəkdirdilər.Sonda "Qarabağ Azərbaycandır!"panosunun qarşısında xatirə şəkli çəkdirdilər.
Vətən yolunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət diləyir, qarşılarında baş əyir,qazilərimizə sağlamlıq diləyirik.