“Mücrü” nəşriyyatının təşkil etdiyi Gənclər arasında keçirilən hekayə müsabiqəsinin yekun nəticələri açıqlandı.
Müsabiqədə məktəblilər, tələbələr və gənc yazarlar iştirak edib. Müsabiqənin Təşkilat Komitəsinin verdiyi məlumata görə münsiflər heyəti müsabiqəyə buraxılmış 214 hekayə arasından seçim etmişlər. Qeyd edək ki, mövzu məhdudiyyəti olmayan müsabiqəyə əsərlər Azərbaycan və rus dillərində qəbul edilmişdir və qiymətləndirmə mümkün 15 bal üzərindən olmaqla nəzərə alınmışdır.Məktəbimizin 9 "C" sinif şagirdi Hamlet Cəfər bu müsabiqədə iştirak etmiş və
diplom ilə təltif edilmişdir.
Hamlet Cəfərin “Xalça” hekayəsi – 9 bal toplamışdır.