Sabunçu Gənclər Evində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu gəncləri üçün “Sağlam vərdişlər” adlı təlim keçirildi .Məktəbimizin 9-cu sinif şagirdləri də bu təlimdə iştirak edirdilər.
Aytən Natiqli tərəfindən keçirilən təlimdə sağlam həyat tərzinin müxtəlif aspektlərini əhatə edən mövzulara toxunuldu. Eyni zamanda iştirakçıları maraqlandıran sualları cavablandıraraq, qrup işi təşkil edildi.
Qeyd edək ki, layihənin məqsədi gənclər və yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək, onlar arasında qeyri-sağlam həyat tərzinin fəsadları haqqında maarifləndirmə aparmaqdır .