"Professional-emosional tükənmə" sindromunun profilaktikasına dair seminar

Məlumdur ki, müəllimlərin "emosional tükənmə" sindromuna məruz qalma təhlükəsi yüksəkdir. Bu səbəbdən 05.05.23 tarixində psixoloq Aminə Məmmədovanın təşkilatşılığı ilə məktəbin pedaqoji heyətinə "Professional-emosional tükənmə" sindromunun profilaktikasına dair seminar təşkil olundu. Seminarın məqsədi "peşə ilə bağlı emosional tükənmə" sindromu barədə müəllimləri məlumatlandırmaq,sindromun fəsadlarından özlərini qorumaları, simptomları minimuma endirmək üçün sadə və praktik üsullarla onlara dəstək olmaq idi.
Psixoloqun, şagirdlər və müəllimlər arasında etibar bağını, güvən hissini gücləndirən "Yenot dairəsi" oyunu, həmçinin "Xoşbəxtlik çubuğu" texnikası müəllimlərin böyük marağına səbəb oldu. Sonda iştirakçılar bu cür relaksasiya tədbirlərinin mütəmadi olaraq keçirilməsini təklif etdilər.