Qobustan tarix muzeyinə ekskursiya

“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 29.04.2023 ci il tarixində 80 nömrəli tam orta məktəbin 5 d sinif şagirdləri sinif rəhbəri Cavadova Aydan, tarix müəllimi Nəbiyeva Afət, texnologiya müəllimi Hüseynli Vüsalənin təşkilatçılığı ilə Qobustan tarix muzeyində olublar. Muzey gəzintisinin təşkil olunmasının əsas məqsədi muzeylərə, mədəniyyət ocaqlarına şagirdlərin diqqətini artırmaq, xalqımızın mədəni sərvətlərini daha geniş təbliğ etmək idi. Şagirdlər ilk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü rəsmlərlə tanış oldular. Buranın ərazisi 4.5 hektardan çoxdur, 5 dağda (Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şıxqaya, Şonqar) təxminən 6000 qayaüstü təsvir əks olunub. Qoruq ərazisində, həmçinin 20 sığınacaq (mağara) və 40 kurqan mövcuddur. Qoruğun yeni binası və ekspozisiyası 2011-ci il dekabrın 26-da Prezident İlham Əliyev tərəfindən açılıb. Qobustan petroqliflərinin rəsmləri zalın divarlarında və tavanında yerləşdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi