“Erkən nigaha yox deyək!” adlı maarifləndirici tədbir

28 aprel 2023- cü il tarixində Nazim İsmayıllov adına 80 nömrəli tam orta məktəbin 8-9-cu sinif şagirdləri ilə “Erkən nigaha yox deyək!” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə təşkilatçı müavin Məlahət Məhərrəmova, psixoloq İlhamə Quliyeva, biologiya müəllimi Zülfiyyə Mehdiyeva çıxış edərək bildirdilər ki, “erkən nigah” dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir, gələcək nəsillərin sağlamlığı üçün risklər yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Tədbir qarşılıqlı müzakirələrlə davam etdi. Şagirdlərdən 8 c sinf şagirdi Aydan Əkbərova və 9 ə sinif şagirdi Oruc Koçayev çıxış edərək öz fikirlərini bildirdilər. Mövzu ilə əlaqədar videoçarx nümayiş olundu.