"Su həyatdır" mövzusu üzrə inşa müsabiqəsi

25 aprel 2023-cü il tarixində Bakı şəhəri 80 nömrəli tam orta məktəbin ibtidai siniflərində "Su həyatdır" mövzusu üzrə inşa müsabiqəsi təşkil edilmişdir. Müsabiqədə 3 və 4-cü sinif şagirdləri iştirak etmişdir. Şagirdlər sudan qənaətlə istifadə, su qıtlığı nəticəsində baş verə biləcək təhlükələr, suyun israfının qarşısının alınması yolları haqqında fikirlərini qeyd etmiş, həyat mənbəyi olan sudan qənaətlə istifadə haqqında qeydlər aparmışdırlar.