Ağacəkmə aksiyası

“Bir ağacı əkib - böyütmək, bir övladı böyütməyə bərabərdir.” Bəli, bu müdrik kəlamlar Ulu Öndər, dahi rəhbər Heydər Əliyevə məxsusdur. Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasıının yaradıcısı, qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmiş və bu sahədə çox önəmli addımlar atılmışdır.
2023-cü il “Heydər Əliyev İli “ çərçivəsində respublikamızın hər yerində olduğu kimi mətəbimizdə də silsilə tədbirlər davam etdirilir. 19.03.2023 - cü il tarixində məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası başda məktəb rəhbərliyi olmaqla müəllim və şagird heyətinin iştirakı ilə keçirilmişdir.