"Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları"

20 aprel 2023-cü il tarixində N.İsmayılov adına 80 nömrəli tam orta məktəbdə "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" mövzusunda "Dəyirmi masa" təşkil olundu. "Dəyirmi masa"da məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparıldı, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirildi.