31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tarix dərsi

Sabunçu rayonu Nazim Ismayılov adına 80 nömrəli məktəbdə 7e sinfində tarix müəllimi Afət Nəbiyeva tərəfindən 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tarix dərsi keçirildi. Dərs soyqırım qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Müəllim qeyd etdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998- ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi- hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılmasına təkan verdiyini dedi.Daha sonra ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi saysız soyqırım və qətliamlar haqqında şagirdlər üçün geniş məruzə etdi. O, 1918-ci ilin 30 mart-3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan ərazilərdə Bakı Sovetlə daşnak erməni silahlı dəstələrinin birgə azərbaycanlılara qarşı törətdikləri soyqırım aktının başlanması, faciənin qurbanları və bu günə kimi açılmayan həqiqətlərindən danışdı.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklər tərəfindən geniş qeyd olunması barədə məlumat verikdi
Sonunda məktəblilər soyqırıma həsr olunmuş slayd izlədilər,foto şəkillərə baxdılar