İmtahan həyəcanının aradan qaldırılması yolları haqqında maarifləndirici tədbir

30 mart 2023 -cü il tarixində N. İsmayılov adına 80 nömrəli tam orta məktəbin psixoloqu İlhamə Quliyevanın təşkilatçıllğı ilə buraxılış imtahanı ilə əlaqədar 9 cu sinif şağirdlərinə imtahan qorxusu, imtahan stresi, imtahan həyəcanının aradan qaldırılması yolları haqqında maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi imtahan öncəsi həyəcan və təşviş halları yarandıqda şagirdlərin nə etməli olduqları və hansı texnikalardan istifadə edəcəkləri barədə tövsiyyələr vermək idi. Tədbirdə iştirak edən direktor müavini Reyhan Quliyeva, təşkilatı işlər üzrə müavin Məlahət Məhərrəmova şağirdlərə öz ürək sözlərini çatdırıb qarşıdakı imtahanda uğurlar arzuladı.