“Reproduktiv sağlamlıq” mövzusunda marifləndirici tədbir

30 mart 2023 -cü il tarixində N. İsmayılov adına 80 nömrəli orta məktəbin 9-cu sinif qızları ilə “Reproduktiv sağlamlıq” mövzusunda marifləndirici tədbir keçirildi. Tədbir məktəb psixoloqu İ. Quliyeva, tibb bacısı M. Əbdürrəhmanovanın təşkilatçılığı ilə keçirilib. Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Tədbir zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar- gigiyenik qaydalara əmək etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub. Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.